Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado
    12.10.2026 19:17:07

    “Turan-Tovuz”u|n müdafiəçisi Hayderson Hurtado Azərbaycan Premyer Liqasının 7-ci turunda “Şəfa”ya qarşı keçirilən oyundan (0:1) sonra Prosport.Az-ın müxbirinin suallarını cavablandırıb.

    - “Şəfa”ya qarşı keçirilən oyun (0:1) barədə nə deyə bilərsiniz?

    - Ən əsası qələbə qazandıq. Avrokuboklara yenidən vəsiqə qazanmaq hədəfimiz var və bu məqsəd uğrunda mübarizəmizi davam etdirəcəyik.

    - Oyunun əvvəlində zədələndiniz və meydanı tərk etdiniz. Vəziyyət nə dərəcədə ciddidir?

    - Bu barədə danışmaq istəməzdim. Mən də nə baş verdiyini bilmirəm. Ağrım var, bundan artıq heç nə deyə bilmərəm.

    - Avrokuboklara vəsiqə uğrunda mübarizədə ciddi rəqibləriniz var. “Neftçi”, “Sabah” və “Qarabağ”la rəqabət aparmaq nə dərəcədə çətin olacaq?

    - Əlbəttə, bunlar asan rəqiblər deyil. Onların hər biri ilə oynamaq çətindir. Amma son tura qədər mübarizə aparacağıq. Öz gücümüzə inanırıq.

    - “Şəfa” üzərində qələbəniz “Neftçi”nin (4:1) və “Sabah”ın (3:0) həmin rəqibə qarşı qazandığı qələbələrlə müqayisədə bir qədər sönük, daha az hesablı oldu.

    - Artıq qeyd etdiyim kimi, əsas məsələ qələbə qazanmaq idi. Biz qalib gəldik və indi növbəti oyunu düşünürük.

    - Millinin oyunları ilə bağlı yaranan fasilə xeyrinizə oldu?

    - Əslində, bütün komandalar eyni şəraitdə idi. Fasilə dincəlmək və daha yaxşı hazırlaşmaq baxımından hamımıza fayda verdi.

    - Həmyerliniz Kamilo Duran Şotlandiyanın “Seltik” klubuna keçdikdən sonra Kolumbiya millisinə dəvət aldı. Halbuki o, “Qarabağ”da çıxış edərkən də uğurlu oyun sərgiləyirdi. Azərbaycanda oynamaq milliyə dəvət almağı çətinləşdirir?

    - Düşünmürəm ki, hər şey çempionatın səviyyəsindən asılıdır. Bu, bizim nəzarət edə biləcəyimiz məsələ deyil. Biz sadəcə futbolumuzu oynamalıyıq.

    - Bəs özünüz də milliyə dəvət almağı gözləyirsiniz?

    - Düzünü desəm, yox.

    - Növbəti turda sizi “İmişli” ilə oyun gözləyir. Bu matçda üç xal qazanacağınızı düşünürsünüz?

    - Dincələcəyik, gücümüzü bərpa edəcəyik və oyuna hazırlaşacağıq. Qalan məsələləri isə meydanda görəcəyik. Təbii ki, üç xal qazanmağı düşünürük. Necə oynamağımızdan asılı olmayaraq, əsas məqsəd üç xalı əldə etməkdir.

    Futbol

    Millimiz iki 2 yoldaşlıq oyunu keçirəcək

    15.11.2026 15:20:35
    Futbol

    "Qarabağ"ın yarımmüdafiəçisi millidə debüt etdi

    15.11.2026 14:14:37
    Futbol

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Futbol

    Futbol millimiz bu dəfə meydan sahiblərinə 4 cavabsız qolla uduzdu

    14.11.2026 21:40:25
    Futbol

    "Şəfa" I Liqanın liderinə uduzdu

    14.11.2026 21:06:53
    Futbol

    UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

    14.11.2026 20:42:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kür" Avropa Kubokunda mübarizəni dayandırdı

    15.11.2026 19:59:12

    "Layiq olduğumuz yerdə deyilik" - Murat Dikmən

    15.11.2026 19:09:22

    Bakı şəhər çempionatı başa çatdı

    15.11.2026 18:18:00

    "Bizi daha çox səfərlər yorur" - Ərhan Tokər

    15.11.2026 17:17:36

    ABL: Gəncə klubu məğlub oldu

    15.11.2026 16:46:23

    Millimiz iki 2 yoldaşlıq oyunu keçirəcək

    15.11.2026 15:20:35

    "Qarabağ"ın yarımmüdafiəçisi millidə debüt etdi

    15.11.2026 14:14:37

    Bakıda beynəlxalq güləş turniri keçirilir

    15.11.2026 13:23:41

    Dakar olimpiyadasında iştirak edən idmançılarımız vətənə döndülər

    15.11.2026 12:12:56

    ABL: "LANDAU Layns" "Gəncə"-yə qarşı

    15.11.2026 11:02:22

    Bu gün 5 cüdoçumuz Zaqrebdə tatamiyə çıxacaq

    15.11.2026 10:08:26

    Gəncə təmsilçisi legioneri ilə vidalaşdı

    14.11.2026 23:58:45

    "Pis oynadıq, çoxlu səhvlərə yol verdik" - "Neftçi"nin baş məşqçisi

    14.11.2026 23:22:34

    "Zidan" Azərbaycan çempionatında 2-ci oldu

    14.11.2026 22:52:32

    "Sabah" "Neftçi"yə ilk məğlubiyyəti yaşatdı

    14.11.2026 22:30:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved