“Naxçıvan” basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç “Gəncə”ni 72:70 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis açıqlamasında komandasının çıxışını dəyərləndirib:
“Oyuna uğursuz start verdik. Matçın əvvəlləri bizim üçün yaxşı keçmədi. Oyunçularıma təşəkkür edirəm. Komandamı təbrik edirəm. Yaxşı nəticə qazandıq. Qarşılaşmanın sonluğu istədiyimiz kimi oldu.
Bu matçda olduğu kimi, “Sabah”la görüş də bizim üçün çətin olacaq. Növbəti qarşılaşmada da əlimizdən gələnin ən yaxşısını edəcəyik. Layiqli mübarizə aparıb, sürpriz etməyə çalışacağıq”.
