Azərbaycan Basketbol Liqasında (ABL) III turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ikinci oyununda "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Görüş saat 18:00-da başlayıb və Milli Gimnastika Arenasında keçirilib
"Ağ-qaralar" görüşdə inamlı qələbə qazanıb - 86:69.
"Neftçi"nin iki üzvü dabl-dabla imza atıb. Aleksa Stepanoviç 21 xal, 11 ribaund, Zek Hiks isə 19 xal, 14 ribaundla mübarizə aparıb.
"Sumqayıt"da isə Malek Qrin bunu bacarıb - 18 xal, 12 ribaund.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - NTD oyunu ilə yekun vurulacaq.
ABL, III tur
18:00 "Neftçi" - "Sumqayıt" 86:69 (23:16, 24:20, 23:16, 16:17)
Milli Gimnastika Arenası
