Azərbaycan Premyer Liqasının VIII turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdiyev fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib.
– Düşünürəm ki, rəqib layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, amma onlar fərqlənməyi bacardı. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik.
– Əsas silahınız standart vəziyyətlərdir. Amma son vaxtlar bundan yararlana bilmirsiniz.
– Məşqlərdə bunun üzərində çox çalışırıq, hər dəfə alınan şey deyil. Təəssüf ki, bu gün də olmadı.
