Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov
    18.10.2026 21:35:23

    Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Kəpəz”lə 1:1 hesabı ilə bərabərə qalan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşüb.

    – Olduqca sürətli, maraqlı və aqressiv bir oyun alındı. İlk hissədə faktiki olaraq meydanda böyük taktiki mübarizə və savaş gedirdi. İkinci yarıda isə hər iki komandanın ifasında azarkeşlər üçün çox baxımlı futbol izlədik. Hesab edirəm ki, bu gün hər iki kollektiv 1 xal qazandı. Futbolçularıma ikinci hissədə nümayiş etdirdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Qələbəyə layiq futbol oynadıq. Hesab 0:0 olanda rəqib qapıçının etdiyi möhtəşəm seyv və son dəqiqələrdəki dirəkdən dönən top matçın qırılma nöqtələri idi. Şansları dəyərləndirib önə keçsəydik, bu gün Bakıya 3 xalla qayıda bilərdik. Lakin nəzərə alsaq ki, “Kəpəz” bu cür azarkeş dəstəyi ilə faktiki 12 nəfərlə oynayırdı, qoldan sonra verdiyimiz reaksiya və göstərdiyimiz futboldan razı qaldım.

    – Zədəliləriniz çoxdur. Bu gün heyətdə 5 yerli futbolçuya şans vermişdiniz. Məhz keyfiyyətli kadr çatışmazlığı qələbə qazanmağa mane oldu?

    – Bəli, çox ciddi itkilərimiz var. Hətta hazırda sağlam görünən bəzi futbolçularımız var ki, tam bərpa olunmayıblar və onlardan istədiyimiz kimi istifadə edə bilmirik. Məsələn, Eren Aydın zədədən sonra maksimum 55-60 dəqiqə, İssa Cibrilla isə cəmi 15 dəqiqə oynaya bilərdi. Əlimizdə olan oyunçular belə risk altındadırlar. Neçə turdur bu kadr problemləri ilə mübarizə aparırıq. İnşallah, bu çətin mərhələni də geridə qoyacağıq.

    – Futbolçu kimi vaxtilə Lənkəranda dolu tribunalar önündə oynamısınız. Gəncədəki bu atmosfer haqqında nə deyə bilərsiniz?

    – Ən gözəl atmosfer və ən möhtəşəm azarkeş dəstəyi buradadır. Həqiqətən də bu cür tribunalar qarşısında oynamaq böyük zövq verir. İnandırım sizi, bu gün hətta məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım. Çünki Azərbaycanda belə bir yüksək futbol ab-havasının olması sevindiricidir.

    – 2 xal itirdiyinizi düşünmürsünüz?

    – Qələbəyə çox yaxın idik. 1-ci hissədə rəqibin də təhlükəli epizodları oldu, dirəkdən dönən toplar gördük. Lakin ümumilikdə bitiricilik baxımından problemlərimiz var. Hazırda çempionatımızda komandaların bitiricilik faizi xeyli yüksəlib, xüsusən legioner limitinin dəyişməsi və seleksiyalardan sonra. Bəlkə qol epizodu yaratmaqda heç kimdən geri qalmırıq, amma imkanları tora göndərməkdə axsayırıq. İddiamızı sürdürmək üçün biz də keyfiyyətimizi həmin yüksək səviyyəyə qaldırmalıyıq.

    – Ayxan Hüseynovun əsas heyətdə başlaması və rotasiya imkanlarınızın məhdudluğu nə dərəcədə təsir göstərir?

    – Ayxanı bu matçda əsas heyət üçün planlaşdırmışdıq. Çünki milli fasilədən sonra 10 gün yüksək qızdırma ilə yatan Eren və Papunaşvilini 90 dəqiqə meydanda saxlamaq imkansız idi. Əgər onlarla başlasaydıq, ikinci yarıda oyunu gücləndirməyə oyunçumuz olmayacaqdı. Gedişatda elə detalları və incəlikləri təhlil edib qərar veririk ki, mətbuatda bunlar çox vaxt görünmür. Papunaşvili ikinci hissədə daxil olandan sonra hücum xəttində keyfiyyəti və dinamikanı artırmağı bacardı.

    – Yayda böyük ümidlərlə transfer olunan Maykonu ilin sonuna qədər görə biləcəyik?

    – Oktyabrın 21-dən komandaya qoşulması gözlənilir. Lakin tam olaraq nə vaxt matçlara hazır olacağını zaman göstərəcək.

    – Komanda artıq 5 turdur ki, qələbəyə həsrətdir. Uğursuzluq zolağından çıxmaq üçün nə çatışmır?

    – Məşqlərdə sırf bu məsələ üzərində işləyirik. Son 2 turda futbolçularda mütləq qələbə qazanmaq həyəcanı və gərginliyi hiss olunur. Bu da 100%-lik epizodlarda soyuqqanlılığı itirməyə gətirib çıxarır. Məsələn, əvvəlki turda qələbə qazansaydıq, bəlkə də Volkov son epizodda o zərbəni daha rahat vurardı. Üzərimizdə müəyyən psixoloji təzyiq var. Beş matçın ən azı ikisində və ya üçündə qələbəyə yaxın olan tərəf biz idik. Bu amillərini artırmaq üçün var gücümüzlə çalışırıq, lakin bir az da idman bəxti lazımdır. İnşallah, qarşıdakı turlarda bu uğursuzluq zolağını qıracağıq.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved