Azərbaycan Basketbol Liqasında (ABL) III tur bu gün başlayıb.
Prosport.Az xəbər verir ki, tura "Naxçıvan" - "Gəncə" oyunu ilə start verilib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada "Naxçıvan" qələbə qazanıb - 72:70.
Görüşün ən məhsuldar oyunçusu 18 xalla mübarizə aparan Bakari Kamara ("Gəncə") olub.
Qeyd edək ki, Qərb təmsilçisi ötən gün baş məşqçisi Martin Knejeviçlə yollarını ayırmışdı. Bu görüşə komandanı köməkçi məşqçi Rizvan Səfərov çıxarıb.
ABL, III tur
15:00 "Naxçıvan" - "Gəncə" 72:70 (15:20, 19:15, 20:14, 18:21)
Milli Gimnastika Arenası
