Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib
    10.10.2026 10:46:15

    Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayevin Prosport.Az saytına müsahibəsi

    – 3 gündür ki, Bakıda Avropa Su İdman Növləri Federasiyasının Konqresi keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd nədir?
    ​– Bildiyiniz kimi, Bakı 2026-cı ilin dünya idman paytaxtıdır və bu silsilədə ölkədə bir sıra tədbirlər keçirilir. Əlbəttə ki, bunların hamısı Azərbaycana bir təşkilatçı ölkə olaraq göstərilən etimadın bir əyani isbatıdır. Ötən həftə Bakıda üzgüçülük üzrə Dünya Kuboku keçirilirdi. Bu həftə Avropa Su İdman Növləri Federasiyasının Konqresi baş tutur. Bu, Avropa Federasiyasının Ali məclisidir, ildə bir dəfə baş tutur və demək olar ki, bütün ölkələr iştirak edir. Burada qitənin su idmanı növləri üzrə gələcəyi müzakirə olunur, hesabatlar təqdim olunur. Əlbəttə ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir, çünki həm də bizi – Azərbaycan Üzgüçülük Federasiyasını, ümumiyyətlə ölkəmizi idmanda və su idmanı növlərində, o cümlədən aktiv iştirakçı bir ailə üzvü kimi göstərir.
    ​
    – Adətən belə tədbirlər keçiriləndə hansısa bir yarışın da ev sahibliyi məsələsi gündəmdə olur. Azərbaycanda dünya və ya Avropa çempionatını keçirtmək üçün infrastruktur yetərlidirmi?
    ​– Azərbaycanda həm Avropa, həm dünya çempionatının keçirilməsi üçün infrastruktur mövcuddur. Həm idman tərəfdən, həm yerləşmə, nəqliyyat baxımından və s. tələblərə cavab veririk. Lakin hal-hazırda bu cür məsələlər müzakirə olunmur. Avropa çempionatı və ya dünya çempionatının Bakıda keçirilməsi hal-hazırda nəzərdə tutulmur.
    ​
    – Bu ayın əvvəlində Dünya Kuboku Bakıda keçirildi. Adətən belə yarışlar müqavilə ilə bir neçə illik olur. Bu yarış üçün də belə bir müddət var, yoxsa sırf bu il üçün nəzərdə tutulmuşdu?
    ​– İpək Yolu turu çərçivəsində Dünya Kubokunun Bakıda, eləcə də Daşkənd və Astanada keçirilməsi birdəfəlik layihə kimi yalnız bu il üçün nəzərdə tutulmuşdu. Lakin istisna deyil ki, bu tədbir silsilə olaraq davam edə, ənənəvi ola bilər. Ancaq hazırda bu yöndə bir müzakirə, bir qərar yoxdur.

    Səbuhi Musa

    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatı: Qamzatxanovdan uğurlu start, Kaisinova uduzdu - YENİLƏNİR

    10.10.2026 12:29:51

    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti

    10.10.2026 12:13:20

    Avropa çempionatı: 5 boksçumuz finalda, 3-ü "bürünc"lə kifayətləndi

    10.10.2026 11:42:21

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved