“Barselona”nın sabiq futbolçusu və hazırkı idman direktoru Deku Bakı küçələrində görüntülənib.
Prosport.Az xəbər verir ki, portuqaliyalı futbol funksioneri Bakıya səfər edən qazaxıstanlı turistlə xatirə şəkli çəkdirib. Foto turist tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin V turunda “Sabah”ın qonağı olacaq. Noyabrın 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
