Kiprin "Pafos" klubu Azərbaycan millisinin futbolçusu Murad Məmmədovu UEFA Konfrans Liqası üçün iştirak ərizəsinə daxil edib.
Prosport.Az xəbər verir ki, bu, kamerunlu Mumi Nqamaleunun zədə almasından sonra reallaşıb.
"Pafos"un məşqçilər korpusu UEFA-nın reqlamentindən istifadə edərək, afrikalının əvəzinə siyahıya yığmamızın vingerini salıblar.
Kiprlilər noyabrın 26-da UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Midtyulland"ı (Danimarka) qəbul edəcəklər.
