"Vilyarreal"ın futbolçusu Neytan Saliba UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la oyunu buraxacaq.
Prosport.Az xəbər verir ki, buna ötən həftə məşq zamanı kanadalı müdafiəçinin sol topuq bağlarının zədələnməsi səbəb olub.
Salibanın Madriddə əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, "Vilyarreal" - "Sabah" matçı dekabrın 8-də İspaniyadakı "Estadio de la Ceramica" stadionunda, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
