Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı
    24.11.2026 11:15:05

    Qazaxıstanın “Kayrat” futbol komandasının sabiq baş məşqçisi Karlos Alos Ferrer UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və “Barselona” arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

    Prosport.Az "ASnews"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin kapitanı və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla birgə çalışdığı dövrü xatırlayıb.

    “İlk növbədə, Stasa görə çox sevinirəm. O, əla qapıçıdır. Birlikdə işlədiyimiz dövrdən onu böyük peşəkar kimi xatırlayıram. Qapı xəttində möhtəşəm reaksiyaya və yüksək sürətə malikdir. Açığı, onu belə səviyyəli qarşılaşmada görmək mənim üçün əsl qürur mənbəyidir”, - deyə Ferrer bildirib.

    Mütəxəssis Çempionlar Liqasının hazırkı formatının belə qarşılaşmalar üçün daha geniş imkanlar yaratdığını vurğulayıb: “Kayrat”ı çalışdırdığım vaxt 3 təsnifat mərhələsini keçdik. II mərhələdə Niderlandın AZ komandasını mübarizədən kənarlaşdırdıq. Lakin o zaman qrup mərhələsinə yüksəlmək olduqca çətin idi. İndiki formatda belə oyunlarda iştirak etmək nisbətən asandır”.

    İspaniyalı məşqçi sabiq yetirməsinə “Barselona” ilə qarşılaşma öncəsi tövsiyə də verib: “Onun üçün çox çətin və böyük enerji tələb edən oyun olacaq. Stasa uğurlar arzulayıram. Öz oyununu göstərsin, qarşılaşmadan zövq alsın və bir saniyə belə konsentrasiyasını itirməsin”.

    Qeyd edək ki, Karlos Alos Ferrer 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabrına qədər “Kayrat”a rəhbərlik edib və komandanı Qazaxıstan Kubokunun qalibi edib. Stas Pokatilov onun rəhbərliyi altında 35 oyun keçirib.

    “Sabah” - “Barselona” qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

    Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra “Barselona” 9 xalla 5-ci, “Sabah” isə 3 xalla 31-ci pillədə qərarlaşıb.

    Futbol

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38
    Futbol

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05
    Futbol

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09
    Futbol

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45
    Futbol

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01
    Futbol

    Finlandiyalı FIFA referisi Bakıya gəlir

    23.11.2026 23:12:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01

    Finlandiyalı FIFA referisi Bakıya gəlir

    23.11.2026 23:12:10

    "Sabah" - "Barselona": İspanlar Bakıda da qol buraxacaq?

    23.11.2026 22:40:34

    "Sabah"la oyun öncəsi "Barselona"da narazılıq

    23.11.2026 22:14:42

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30

    "Barselona" Bakıya gəldi

    23.11.2026 21:12:11

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və I Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved