UEFA Gənclər Liqasında Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” U-19 – “Barselona” U-19 matçına hakim təyinatları açıqlanıb.
Prosport.Az xəbər verir ki, matçın baş hakimi finlandiyalı Peyman Simani olacaq. Ona Kristian De Kassares və Samu Koskinen kömək edəcək. 4-cü hakim funksiyasını azərbaycanlı Fərid Hacıyev daşıyacaq.
Noyabrın 25-də keçiriləcək “Sabah” U-19 – “Barselona” U-19 matçı saat 15:00-da başlanacaq.
