“Qarabağ” qış transfer pəncərəsində sabiq futbolçusu Julio Romaonu heyətinə qatmağı planlaşdırır.
Prosport.Az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın “Axmat” klubunda çıxış edən braziliyalı dayaq yarımmüdafiəçisini icarəyə götürmək istəyir.
28 yaşlı futbolçunun transferi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Qeyd edək ki, Romao 2022-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. Onun “Axmat”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.
