"Ümid edirəm ki, yaxşı oyun olacaq. Özümüzə inanırıq".
Prosport.Az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
"Ümid edirəm ki, azarkeşlər bizi sonadək dəstəkləyəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Meydana uğurlu nəticə üçün çıxacağıq", - deyə özbəkistanlı futbolçu bildirib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.
