Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas
    24.11.2026 18:38:43

    "Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində sabah Bakı Olimpiya Stadionunda "Barselona"nı qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Rəqib dünya nəhənglərindən olan "Barselona"dır, siz isə debütantsınız. Belə səviyyə fərqi olan oyunda sizin üçün hansı amillər daha böyük rol oynayacaq?
    - Meydançaya çıxacağıq, oyundan həzz almalıyıq. Rəqibi tanıyırıq. Təbii ki, Avropada "Barselona"nın titullarını, onların gücünü bilirik. Mənim üçün hansısa zəif məqam tapmaq çətindir. Özümüzə güvənməli və oyundan zövq almalıyıq. Müdafiədə hansısa boşluqlarımız ola bilər. Amma əlimizdən gələni etməliyik. Bu matç özümüzü ən yaxşı tərəfdən göstərmək üçün yaxşı şansdır.

    - Lamin Yamal Bakıya gəlməyib. Bu haqda nə fikirləşdiniz? Sizcə, "Barselona"da ən yaxşı oyunçu kimdir?
    - Azərbaycanlı azarkeşlər üçün üzüldüm. Çünki onlar Yamalı görmək istəyirdilər. Dünya futbolunun ikonlarından biridir, onu burada görmək yaxşı olardı. Gəncdir, başa düşürəm ki, hər futbolçu üçün hər matçda oynamaq mümkün deyil. "Barselona"nın baş məşqçisi üçün bu, problem deyil. Çünki onun superulduzlardan ibarət komandası var. Əlimizdən gələni etmək istəyirik, qarşımızda dünyanın ən yaxşı oyunçularını görəcəyik. Bu futbolçuların hamısı ayrı-ayrılıqda hamısı superulduzdur.

    - İngiltərədə işləmisiz. Bu, baş məşqçi kimi inkişafınıza necə təsir göstərdi?
    - Bəli, 2002-ci ildən karyeram başlayıb. Hər bir təcrübə həyatımıza təsir göstərir. Bu vaxta kimi işlədiyim klublar, oradakı futbolçular, prezidentlər mənim üçün təcrübədir. Bu da mənim təkmilləşməyimə töhvə verib.

    - Belə oyunlarda komandanı kökləmək çətin olur?
    - "Barselona"ya qarşı oynayırıqsa, motivasiyaya ehtiyac yoxdur. Futbolçularım artıq motivasiyalıdır. Uşaq olanda hər kəs özünü Çempionlar Liqasında "Barselona", "Real"a qarşı oynamağı təsəvvür edirdilər. Bu cür oyunlar baş məşqçi üçün də çox asandır. Çünki hamı birdən-birə motivasiyalı olur. Heç kəsdə ağrı olmur, hamı özünü hazır hiss edir.

    - Komandanız "Barselona"ya qarşı oynayır. Karyeranızın ən vacib oyunudur, yoxsa sizin üçün əyləncədir?
    - Bunun həyatımda ən vacib matç olduğunu soruşursuzsa, xeyr. Digər oyunlar da var ki, onlar da vacibdir. Qalib gəlməliyik, şansımızı davam etdirməliyik. Bu cür matçlarda bizdən xüsusi bir şey tələb olunmur. Mümkün olan ən yaşı performansı sərgiləyərək, oyundan zövq alacağıq. Dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq. Maksimumu etsək də, bu səviyyəyə çatmaq mümkün deyil. İnkişaf etməli, daha artığını etməliyik. Sabah hər şey öz axarında olacaq. Gözəl gecə olacaqsa, hər kəs bu gecəni xatırlayacaq. Biz oyundan zövq almağa çalışacağıq.

    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved