Rusiya millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Andrey Arşavin Bakıya gəlib.
Prosport.Az xəbər verir ki, onun Azərbaycana səfərinin məqsədi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V5-ci turunda noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasını stadiondan canlı izləməkdir.
Arşavin Bakı səfəri çərçivəsində bu gün “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında birgə fotolarını paylaşıb.
