“Sabah” komandası ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçı İspaniya “Barselona”sının futbolçusu Pedri üçün ikiqat əlamətdar olacaq.
Prosport.Az xəbər verir ki, Pedro Qonsales Lopes 24 yaşını Bakıda qeyd edəcək.
Avropa və dünya çempionu meydana çıxsa, bu mövsüm bütün matçlarda “Barsa”nın heyətində forma geyinmiş yeganə oyunçu olacaq.
Pedri 2023-cü il UEFA Millətlər Liqası, 2024-cü il Avropa çempionatı və 2026-cı il dünya çempionatının qalibi olub. O, 2020-ci il Avropa çempionatının ən gənc oyunçusu seçilib. “Barselona”da isə o, 3 dəfə İspaniya çempionluğu və Super Kubokunun, 2 dəfə İspaniya Kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.
