Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve
    25.11.2026 12:43:14

    Fransanın nüfuzlu “L Equipe” nəşri "Sabah"ın müdafiəçisi Stiv Solve haqqında geniş məqalə dərc edib.

    Prosport.Az xəbər verir ki, yazıda 30 yaşlı futbolçunun karyerası, Azərbaycana gəlişi və UEFA Çempionlar Liqasında İspaniyanın “Barselona” komandası ilə qarşılaşma öncəsi təəssüratları yer alıb.

    Nəşr qeyd edir ki, 2025-ci ilin yayında “Sabah”a transfer olunan müdafiəçi karyerasının ən yaddaqalan oyunlarından birinə hazırlaşır. Parisdən 3800 kilometr uzaqlıqda yaşayan futbolçu hətta qarşılaşmaya 24 saat qalmış bərbərə getməyi də unutmayıb.

    2020-2024-cü illərdə Fransanın III liqasında 95 oyun keçirən Solve indi 65 min azarkeşin gələcəyi gözlənilən Bakı Olimpiya Stadionunda dünya futbolunun nəhənglərindən birinə qarşı meydana çıxmağa hazırlaşır.

    “Bu anı yaşamaq böyük şansdır. Onların necə oynadıqlarını, meydanda necə hərəkət etdiklərini görmək üçün səbirsizlənirəm. Bu, mənim üçün çox şey öyrənəcəyim oyun olacaq. Amma özümə əlavə təzyiq göstərmirəm”, - deyə müdafiəçi bildirib.

    Anası Fransaya getməsinə razılıq verməyib

    Qvadelupanın Sent-An şəhərində böyüyən Solve 3 yaşında futbolla tanış olub. Onun ilk örnəkləri Fransanın “Marsel” futbol klubunun azarkeşi olan atası və böyük qardaşı olub:

    “Şəraitin necə olması bizi maraqlandırmırdı. Topumuz var idi və əylənirdik”.

    Antil-Qviana İdman Hazırlığı Mərkəzində təhsil alan futbolçu yalnız 18 yaşında Fransanın Avropa hissəsinə yollanıb. Buna qədər anası onun ailəsindən ayrılması üçün hələ tez olduğunu düşünürdü.

    Solve əvvəlcə “Bisaym”, daha sonra Fransanın III Lqasında mübarizə aparan “Strasbur” klubunda çıxış edib. Peşəkar futbolçularla birlikdə məşqlərə qatılmasına baxmayaraq, yüksək səviyyədə oynamaq imkanı əldə edə bilməyib.

    “Qvadelupadan yeni gəlmişdim, təcrübəm çatışmırdı. Həmçinin yetkinlik baxımından, meydandan kənarda və paltardəyişmə otağında baş verənlərə münasibətdə çatışmazlıqlarım var idi”.

    Futbolçu Fransaya gəlişindən səkkiz il sonra, 2022-ci ildə “Orlean” klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

    Fransada futbolçuya qarşı qərəzli münasibət

    “Orlean”da Solvenin baş məşqçisi olan Kərim Mokeddem keçmiş futbolçusunun uzun müddət yanlış yanaşmanın qurbanı olduğunu bildirib:

    “Strasbur”da onu laqeyd, hətta təkəbbürlü futbolçu kimi qələmə verirdilər. Fransada insanlara belə damğalar vururlar. Stiv bundan əziyyət çəkirdi”.

    Mütəxəssis Solveni sədaqətli və insana bağlı futbolçu kimi xarakterizə edib. O, ailə problemi səbəbindən oyundan dərhal sonra komandanı tərk etməli olduğu gün müdafiəçinin vurduğu qolu məhz onunla qeyd etdiyini xatırladıb.

    “O, sənin üçün oda girər. Məşqçi kimi sən də onun üçün eyni şeyi edərsən”.

    Fransa klublarının əvəzinə Azərbaycanı seçib

    Solve “Orlean”dan ayrıldıqdan sonra 2024-cü ildə “Martiq”in heyətində Fransa Liqa 2-də debüt edib. Lakin klubun maliyyə problemləri səbəbindən komandanı tərk etmək məcburiyyətində qalıb.

    2025-ci ilin yayında futbolçu ilə Fransanın “Po”, “Kan” və “Soşo” klubları maraqlanıblar. Lakin daha geniş maliyyə imkanlarına malik “Sabah”dan da təklif alan müdafiəçi karyerasını Azərbaycanda davam etdirməyə qərar verib.

    1,91 m boya malik Solve əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış etsə də, yarımmüdafiədə də oynaya bilir.

    Fransanın “Set” klubunda 2 mövsüm onunla çalışan Nikola Gibal futbolçunun atletik xüsusiyyətləri, çevikliyi və soyuqqanlılığı ilə seçildiyini vurğulayıb:

    “Hansı oyun olursa-olsun, sanki heç bir həyəcan keçirmirdi. Məşqçilik karyeranız ərzində çoxlu futbolçu ilə qarşılaşırsınız, amma o, digərlərindən daha çox yaddaşımda qalıb”.

    Məğlub olsa, “Barselona” futbolçularından forma istəməyəcək

    “Barselona” ilə qarşılaşmaya digər oyunlar kimi yanaşdığını bildirən Solve rəqib futbolçulardan birinin formasını almaq istəyib-istəmədiyi barədə suala da maraqlı cavab verib:

    “Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam”, - deyə futbolçu gülümsəyərək bildirib.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.

    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved