Azərbaycan şahmatçısı Nicat Abasov Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında liderliyə yüksəlib.
Prosport.Az xəbər verir ki, qrossmeysterimiz II turda türkmənistanlı Amanməhəmməd Hommadovu məğlub edib, III turda isə qazaxıstanlı Denis Maxnevlə heç-heçə oynayıb.
3 turun yekununda 2,5 xal toplayan Abasov türkiyəli Arda Çamlarla liderliyi bölüşür. Təmsilçimiz əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb.
Qadınların yarışında Gövhər Beydullayeva II turda qalib gəlib, III turda isə heç-heçə oynayıb. 3 turdan sonra 2,5 xal toplayan şahmatçımız 2-ci yerdədir. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdene 3 xalla liderlik edir.
Veteranların turnirində mübarizə aparan Vüqar Bayramov isə II turda özbəkistanlı İbrahim Kərimova məğlub olub. İlk görüşündə türkiyəli Cüneyt Merti məğlub edən təmsilçimiz 2 turdan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, kişilərin və qadınların yarışları 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir və 14 turu əhatə edir.
