Bu mövsüm "Qəbələ"dən ayrılan Kaxaber Sxadadzenin yeni iş yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis Latviyanın yüksək liqa təmsilçisi “Liepaya”nın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, gürcüstanlı məşqçi Azərbaycanda “İnter” (indiki "Şamaxı") klubunu da çalışdırıb.
