İtaliya B Seriyasında XII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycanın U-21 millisinin hücumçusu Lorentso Metsoteronun çıxış etdiyi “Sampdoriya” doğma meydanda “Benevento”nu 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətində başlayan Metsotero 34-cü dəqiqədə fərqlənərək komandasının 3-cü qoluna imza atıb. Bu, gənc hücumçunun “Sampdoriya”nın əsas komandasında vurduğu 2-ci qol olub. 59-cu dəqiqədə isə o, əvəzlənib.
Qeyd edək ki, hazırda 14 xalı olan “Sampdoriya” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Onu da bildirək ki, əsas millimizin heyətinə çağırılmış Lorentso Metsotero zədəsini bəhanə gətirərək yığmamızın düşərgəsinə gəlməkdən imtina edib.
