“Kəpəz” və “Qarabağ” komandalarının futbolçuları Azərbaycan Premyer Liqasında XII turun Gəncə Stadionunda keçiriləcək oyununa şəhid övladları ilə birlikdə çıxacaqlar.
Prosport.Az xəbər verir ki, bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına (PFL) müraciəti müsbət cavablandırılıb.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəmanların övladları meydana çıxdıqdan sonra həmişə olduğu kimi, oyunu tribunada izləyəcəklər.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, bu ideya “Kəpəz” və “Gəncə Park City”nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində baş tutacaq.
