Kipr I Divizionunda X turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Omoniya"nın (Aradippou) qonağı olub. Qarşılaşma "Pafos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Murad Məmmədov görüşü kənardan izləyib.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "Pafos" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
