Rumıniya Superliqasında XVI turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Dinamo” ilə üz-üzə gəlib.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. “Petrolul”a qələbə gətirən qolu 45+12-ci dəqiqədə ingiltərəli Dan EnLundulu vurub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 89-cu dəqiqədə Dan EnLundulunun əvəzinə meydana daxil olub.
Qeyd edək ki, xallarının sayını 30-a çatdıran "Petrolul" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Buxarest “Dinamo”su isə 33 xalla 2-cidir.
