Azərbaycan döyüşçüsü Tahir Abdullayev Qətərin paytaxtı Dohadakı UFC turnirində qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, ilkin proqramda çıxış edən təmsilçimiz avstraliyalı Ceyk Mettyusla qarşılaşıb. 3 raund davam edən döyüşün sonunda hakimlər yekdilliklə Abdullayevi qalib elan ediblər.
Bununla da idmançımız UFC-də keçirdiyi 2-ci döyüşünü də qələbə ilə başa vurub.
Qeyd edək ki, Tahir Abdullayev iyunun 27-də Bakıda keçirilən “UFC Fight Night” turnirində uğurlu debüt edib. O, həmin qarşılaşmada braziliyalı Cefferson Nasimentonu 3-cü raundda texniki nokautla məğlub edib.
