Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod
    14.10.2026 15:13:56

    Çexiyanın “Slaviya Praqa” komandasının futbolçusu Lukaş Provod UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, 2-ci hissədə kapitan sarğısını daşıyan yarımmüdafiəçi qarşılaşmadan sonra klubun mətbuat xidmətinin suallarını cavablandırıb.

    – Bakını xalsız tərk edirsiniz. Bunu necə dəyərləndirirsiniz? Qapıya 18 zərbə vurmusunuz, amma heç birini qola çevirə bilməmisiniz…

    – Bunu qəbul etmək çətindir. Çempionlar Liqasında növbəti məğlubiyyətimizi aldıq. Bura qələbə qazanmaq üçün gəlmişdik, 0:2 hesablı yenilgidən sonra Bakını tərk etmək üçün yox. Yaxşı oynamadıq, matça da yaxşı başlamadıq. Ən böyük səhvimiz 0:1 hesabı ilə geriyə düşməyimiz oldu. Çünki rəqibin fiziki baxımdan zəiflədiyini hiss edirdik. Üstünlüyü ələ almağa başlayırdıq. Hesab 0:0 olsaydı, üstünlüyümüz daha da böyük olardı. Yaratdığımız qol imkanları da bunu göstərir. Təəssüf ki, yalnız geriyə düşdükdən sonra oynamağa başladıq. Təkrar edirəm, qol imkanlarını boşa vermək olmaz, qol vurmalıyıq. Bu gün bunu bacarmadıq.

    – Özünüzün də bir neçə qol imkanınız oldu. Həmin epizodlarda başqa cür oynamaq mümkün idi? Məsələn, iki ardıcıl zərbə ilə nəticələnən epizodda…

    – Əlbəttə, hər zaman başqa cür oynamaq mümkündür. Həmin epizod çox böyük fürsət idi. İlk zərbəni mümkün qədər dəqiq vurmağa çalışdım. Qapıçı üzərimə gəldi, təkrar zərbə zamanı isə çaşqın vəziyyətdə idim və sadəcə topa zərbə vurdum. Topun qapıya düşməməsini başa düşə bilmirəm. Amma bu, yeganə imkanımız deyildi, ümumilikdə kifayət qədər qol şansı yaratdıq. Uğur qazanmaq istəyiriksə, qol vurmalıyıq.

    – Qarşılaşmaların belə sıx qrafiklə keçirilməsi yaxşıdır? Həftəsonu çempionat oyunu, ardınca isə “Fənərbağça” ilə görüş üçün səfər…

    – Bir tərəfdən, əlbəttə, yaxşıdır, digər tərəfdən isə yox. Oyunlar çoxdur və yorğunluq toplanacaq. Amma geniş heyətimiz var, rotasiyalar olacaq və hər şey qaydasında olacaq. Komanda yoldaşlarımız yaxşı formadadır, bizi daha çətin oyunlar gözləyir. Ötən mövsüm də başa düşdük ki, ölkə çempionatında da uğur qazanmalıyıq. Bu, çətindir, amma indi diqqətimizi “Hradeç Kralove” ilə oyuna yönəldəcəyik və yalnız həmin qarşılaşmaya köklənəcəyik.

    – “Sabah”ın qapıçısını məyus etmək, demək olar ki, mümkün olmadı…

    – Hər zaman mümkün qədər yaxşı zərbə vurmağa çalışırsan. Hamımız qol vurmaq istəyirik, amma bu gün top qapıya getmədi. Məşqlərdə bunun üzərində işləməliyik ki, növbəti dəfə zərbələrimiz qolla nəticələnsin.

    – Bu məğlubiyyəti necə tez unutmaq olar?

    – Çox tez toparlanmalıyıq. Diqqətimizi “Hradeç Kralove” ilə oyuna yönəldəcəyik. Çempionatla Çempionlar Liqası arasında keçid etməyi öyrənmişik və bu, çox vacibdir. Qarşılaşmalar sıx qrafiklə keçirilir, amma bunun öhdəsindən gəlməliyik.

    – “Fənərbağça” ilə növbəti oyuna nəyi götürəcəksiniz?

    – Çempionlar Liqasında oyunlar fərqli keçir. Bu gün olduğu kimi, bir hissəni boşa verməməli və qol imkanlarımızdan yararlanmalıyıq. İnanıram ki, bu gün vura bilmədiyimiz qolları gələn həftə üçün saxlamışıq.

    – Evdə “Eden” stadionunda dolu tribunalar önündə oynayırsınız. “Fənərbağça” ilə görüşdə də belə olacaq. Bəs Bakıdakı atmosfer necə idi?

    – Özünəməxsus və fərqli idi. Digər tərəfdən, meydanda heç nə dəyişmir. Bu, Çempionlar Liqasıdır və bu turnirdə xal qazanmaq üçün çox az imkan olur. Nəticənin niyə istədiyimiz kimi olmadığının səbəblərini tapmalıyıq.

    – Rəqibin nisbətən zəif komandalardan biri olması üzərinizdə təzyiq yaratmışdı?

    – Düşünmürəm. Bu komandalar turnirə təsadüfən vəsiqə qazanmırlar. Əlbəttə, bilirdik ki, ən böyük klublarla müqayisədə burada şansımız daha çoxdur. Qələbə qazanmaq imkanımızın olduğunu hiss edirdik, amma onu əldən verdik. İndi növbəti oyunlara köklənməli və həmin qarşılaşmalarda uğur qazanmağa çalışmalıyıq.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved