Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev
    8.10.2026 19:50:12

    "Yarışa yaxşı hazırlaşmışdıq. Bu dünya çempionatı üçün 5-6 ay ciddi hazırlıq prosesi keçdik. Şükür Allaha, komanda olaraq hər birimiz yaxşı çıxış edirik və bunun bəhrəsini görürük. Ümidimiz var ki, növbəti günlərdə də Zelim Kotsoyev, Uşanqi Kokauri, Kənan Nəsibov və Camal Həmzətxanovla medallarımızın sayı artacaq".

    Prosport.Az-ın xəbərinə görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan idmançısı Murad Fətiyev (90 kq) jurnalistlərə açıqlamasında deyib.

    – Cüdoçu ailəsindənsiniz. Yarışdan əvvəl atanıza nə söz vermişdiniz?
    – Atam həmişə deyirdi ki, dünya mükafatçısı olacaqsan. Bu onun ən böyük arzusu idi. Tatami üzərinə çıxarkən düşünürdüm ki, dünya mükafatçısı olaraq atamı sevindirim. O, idmanla nəfəs alır. Şükür Allaha, Avropa və dünya mükafatçısı olmuşam. İnşallah, gələcəkdə olimpiya mükafatçısı da olaram.

    – Dünya çempionatında ilk dəfə 5 medal qazanıb Azərbaycanın tarixi rekorda imza atmasına səbəb oldunuz. Bu da sizə xüsusi motivasiya verir?
    – Əlbəttə. Komanda yoldaşlarım medal qazandıqca mən lap həvəsləndim. Gördüm ki, demək olar ki, hər bir cüdoçumuz medal qazanır, mən də bunu edə bilərəm. Məqsədim finala çıxıb, orada qalib gəlmək idi. Ancaq belə oldu. Şükür Allaha ki, medalsız qalmadım.

    – Yarımfinalda yaponiyalı dünya çempionu Qoki Tacimaya uduzdunuz. Bu barədə nə deyə bilərsiniz?
    – Elcan Hacıyev də ötənilki dünya çempionatının yarımfinalında ona qalib gəlirdi, son saniyələrdə ippona düşmüşdü. Mən də 2 şido xəbərdarlığı ilə qabaqda idim. Ani səhv etdim. Cüdoda da səhv etmək olmaz və məğlub oldum. Doğrudan da onu məğlub etməyi çox istəyirdim. Rəqib çox güclü idi. Bizim çəkidə çox güclü idmançılar var. Hər ikisi yaponiyalıdır, ardıcıl 2 il finalda güləşirlər. İnşallah, gələcək yarışlarda bu səhvlərin üzərində işləyib, onlara qalib gələcəyəm.

    Səbuhi Musa

     

    Top oyunları

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Müsahibə

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Müsahibə

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Top oyunları

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved