Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva
    14.11.2026 20:20:30

    Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirində bürünc medal qazanan Azərbaycan idmançısı Gültac Məmmədəliyeva (52 kq) Prosport.Az-a müsahibə verib.

    O, uzun müddətdən sonra Qran-pri səviyyəli yarışda medal qazanmasının sevincini bölüşüb, qarşıdakı hədəflərindən danışıb.

    – Uzun müddətdən sonra yenidən medal qazandınız. Yarış sizin üçün necə keçdi?
    – Artıq neçə vaxt idi ki, medalsız qalırdım. Nəhayət tilsimi qırdım. Yarışa gələndə söz vermişdim ki, bu dəfə mütləq medal qazanacağam. Fərqi yox idi, qızıl, gümüş, yoxsa bürünc medal olacaqdı. Əsas odur ki, medalsız qalmadım. İlk görüşüm bir qədər çətin keçdi. Rəqibim sonuncu Əbu-Dabi “Böyük Dəbilqə” turnirinin çempionu, xorvatiyalı Tixea Topolovets idi. 2-ci görüşdə Tayvan təmsilçisi Pin-Hsun Tsenqə qalib gəldim. 3-cü görüşdə Macarıstan idmançısı Roza Dyertyaşla qarşılaşdım. Onunla bundan əvvəl 2 dəfə görüşmüş və hər ikisində qalib gəlmişdim. Lakin bu dəfə məğlub oldum. Bir az dözümlülüyüm çatmadı. O, yarışın çempionu oldu. Təsəlliverici görüşdə Kosovo idmançısı Fatyona Kasapi ilə qarşılaşdım. Onunla ilk dəfə görüşürdüm. 3-cü şido xəbərdarlığı ilə ona qalib gəldim. 3-cü yer uğrunda görüşdə isə italiyalı idmançı İlaria Finestrone ilə üz-üzə gəldim. Gənc və yaxşı idmançı idi. Ona da yuko xalı ilə qalib gələrək bürünc medal qazandım. Şükürlər olsun.

    – Macarıstan idmançısı ilə əvvəlki görüşlərdə qalib gəlməyiniz sizdə arxayınlıq yaratmışdı? 3-cü görüşə çıxarkən rəqibinizi tanımağınızın üstünlük olacağını düşünürdünüz?
    – Xeyr, arxayınlıq yox idi. O onsuz da yaxşı nəticələri olan idmançıdır. Bu görüşdə çox yoruldum. Ona əlavə vaxtda – “qızıl xal” mərhələsində yuko ilə məğlub oldum. Ona görə də arxayınlıqdan söhbət gedə bilməz.

    – Ümumiyyətlə, qarşıdakı yarışlardan nə gözləyirsiniz? Ən böyük hədəfləriniz hansılardır?
    – Belə baxanda, təxminən 3 ilə yaxın idi ki, IJF Dünya Turu yarışlarında medal qazana bilmirdim. Açıq Avropa Turnirində və Avropa Kubokunda medallarım olub. Bu müddətdə Çinin Qindao şəhərində, həmçinin Qazaxıstanda keçirilən yarışlarda iştirak etmişəm. “Böyük Dəbilqə” turnirlərində 2 dəfə 3-cü olmuşam. Dünya çempionatında 7-ci yeri tutmuşam. Bundan əvvəlki Əbu-Dabi yarışında da 7-ci olmuşdum. Medalın bir addımlığında idim. İndi isə əyarından asılı olmayaraq, medal qazandım.

    – Uzun müddət medal qazana bilməmək sizdə psixoloji gərginlik və inamsızlıq yaradırdı?
    – Bəli, bir qədər inamsızlıq var idi. Son yarışlarda həmin inamsızlığı aradan qaldırmağa başladım. Özümə inamım artdı. İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım (gülür).

    – Deməli, bu bürünc medal sizin üçün xüsusi əhəmiyyət daşıyır...
    – Bu bürünc medal mənim üçün qızıla bərabərdir. Çünki sonuncu dəfə IJF turnirində medalımı 2023-cü ilin iyulunda qazanmışdım. Ona görə də mənim üçün medalın əyarının fərqi yox idi. Əsas o idi ki, medal qazanım və özümə inamım artsın.

    – Bu il qarşıda daha hansı beynəlxalq yarışlarınız var?
    – Dekabrda Tacikistanın paytaxtı Düşənbədə “Masters” turniri keçiriləcək. Yarış dekabrın 18-20-də baş tutacaq. Dünya reytinqində ilk "32-lik"də olan idmançılar orada yarışacaq. Qadınlardan məndən başqa, Könül Əliyeva da orada güləşəcək. "Masters" Olimpiada və dünya çempionatından sonra ən güclü yarışdır.

    – Zaqrebdə Azərbaycan millisinin çıxışından nə gözləyirsiniz?
    – Bu gün idmançılarımız üçün bir qədər uğursuz keçdi. 3 idmançımız mübarizə apardı və məğlub oldu. Amma sabah ağır çəkilərdə çıxışlar olacaq. 4 favorit idmançımız var və onların hər biri medal qazana bilər. Düşünürəm ki, ən azı 2 medal olmalıdır.

    – Qızıl medal da gözləyirsiniz?
    – Bəli. Uşanqi Kokauridən qızıl medal gözləyirəm.

    Cavid Əliyev

    Basketbol

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Müsahibə

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Futbol

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Top oyunları

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı - Vahid lider oldu

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved