Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu
    20.11.2026 15:15:51

    “Sumqayıt”ın basketbol üzrə Azərbaycan çempionatında çıxış edən komandası mövsümün son oyunlarında uğurlu nəticələr əldə edir. Komandanın forvardı Rüstəm Əliyev bu yüksəlişin səbəblərini, müdafiə planında görülən işləri və mövsümün əsas hədəflərini dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə müsahibəsində “Sumqayıt”ın ilk “4-lük”də yer almaq və yarımfinal mərhələsinə yüksəlmək istəyini də dilə gətirib.

    Həmin müsahibəni təqdim edirik.

    - Son iki turda qalib gəlirsiniz. Yüksəlişin səbəbi nədir?
    - Doğrusu, yalnız “Gəncə” üzərində qələbəni real qalibiyyət kimi qələmə verə bilərəm. “Ordu” ilə matçda rəqibin legionerləri meydana çıxmadı. Ona görə də bu qələbə ilə tam olaraq öyünmək olmur. Hər halda, meydanda başabaş mübarizə izləmədik. Amma “Gəncə”ni düzgün təhlil etmişdik, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Məncə, yüksəlişimizin səbəbi artıq bir yerdə çox vaxt keçirməyimizlə əlaqəlidir. Biz də artıq formalaşma mərhələsini uğurla adlamaqdayıq. Əslində, “Ordu” ilə matçı da kiçiltmək istəmirəm. Rəqibin hansı oyunçularla meydanda olmasına baxmayaraq, bir görüşə ciddi hazırlaşmışdıq. Fikrimcə, onlar legionerləri ilə oynasaydı da, qələbə qazana bilərdik.

    - Bu mövsüm müdafiə planında oyunda yüksəliş var. Bunu hansı planda inkişaf etdirirsiniz?

    - Bəli, bu mənada inkişaf göz qabağındadır. Məsələ ondadır ki, mövsümün əvvəlində yoldaşlıq oyunları keçirmədik, buna görə də səhvlərimizi görmədik. Səhvlərimiz liqa matçlarında üzə çıxdı, elə ən çox da problemlərimiz müdafiədə idi. Biz məhz bu səhvlərin üzərində işləyib inkişaf etdik.

    - Komandanın yeganə çempionluq sevinci yaşayan oyunçusu sizsiniz. Klubda hədəfiniz nədir?

    - “Sumqayıt” komandası heç vaxt yuxarı pillələrdə olmayıb. Bu il məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir. Mən “Sabah”da oynayarkən əvvəlcə komanda olaraq müntəzəm çempionatda minimum ilk “3-lük”də qərarlaşmaq istəmişik, pley-offa yüksələndə də finala vəsiqə qazanmaq arzusunda olmuşuq. “Sumqayıt”da da mövsümü ilk “4-lük”də bitirmək, yəni minimum yarımfinal seriyası oynamağı hədəfləyirik. Bu niyə də olmasın?!

    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Voleybol

    Seçmə mərhələ: Millimiz yenə uduzdu

    20.11.2026 23:59:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25

    Tahir Abdullayev UFC-də 2-ci qələbəsini qazandı

    21.11.2026 21:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved