"Şəki" basketbol klubu iki yerli oyunçusu ilə müqavilə müddətini yeniləyib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi yerli basketbol məktəbinin yetirmələri Məhəmməd Sadıkov və Kamal İmamverdiyevlə yola davam etmək qərarına gəlib.
Hər iki basketbolçu ötən mövsüm olduğu kimi, qarşıdakı çempionatda da "Şəki"nin formasını geyinəcək.
