Ozan Can və Orkun Kökçü qardaşlarının fərqli millilərdə çıxış etmələri Türkiyədə növbəti dəfə gündəmə gəlib.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, Ocan Can Kökçünün Azərbaycan, Orkun Kökçünün isə Türkiyə millisini seçməsi maraqla qarşılanıb.
Bildirilib ki, Ozan Can 2017-ci ildə “Feyenoord”un U-19 komandasında olarkən AFFA-nın vətəndaşlığını dəyişmək təklifini qəbul edib və U-21 millimizə qoşulub. Həmin vaxt vingerin Türkiyə variantı da olubmuş. Qardaşı Orkunda isə vəziyyət fərqli olub.
“Ozan Can Türkiyə millisindəki rəqabəti nəzərə alaraq Azərbaycan variantını üstün tutdu. Orkun isə həm böyük klubların maraq dairəsində idi, həm də karyerasının daha zəngin olacağı görünürdü. Üstəlik, onunla Azərbaycan və Niderland tərəfi də maraqlanmışdı. Lakin Orkun Türkiyə yığmasının formasını geyindi”.
Qeyd edək ki, hazırda Orkun Kökçü Superliqa klubu “Beşiktaş”da, Ozan Can Kökçü isə I Liqa təmsilçisi “Vanspor”da çıxış edir.
