Azərbaycan Premyer Liqasının XII turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Liderə qarşı oynadığımızı bilirdik. Çalışdıq ki, topu özümüzdə çox saxlayaq. İlk qol bizi büdrətdi. Sonra hesabı bərabərləşdirmək istədik, alınmadı. Ehtiyat qüvvəmiz kifayət qədər deyildi. Heyətdə itkilərimiz var.
– Zədəlilərin durumu nə yerdədir?
– Müayinələrdən sonra bilinəcək.
– Ağadadaş Salyanski nə üçün oynamırdı?
– Bizdə icarədə olduğu üçün “Neftçi”yə qarşı oynaya bilməz. Növbəti matçda Abdulla “Sabah”a qarşı oynamayacaq.
