Azərbaycan 2-ci Liqasında 12-ci tura bu gün start verilib.
Prosport.Az xəbər verir ki, tur “Şəki” “Kür-Araz” qarşılaşması ilə başlayıb.
Günün digər matçlarında “Ağstafa Gəncləri” və “Hypers” də güclərini sınayıb.
“Şirvan” isə doğma meydanda “Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətirib.
Tura sabah keçiriləcək “Difai” – “Marafon” və “Şəmkir” – “Ağdaş” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, noyabrın 25-də baş tumalı olan “Zəngəzur” - “Dinamo” görüşü təxirə salınıb.
Azərbaycan 2-ci Liqası
12-ci tur
22 noyabr
“Şəki” – “Kür-Araz” 1:3
Qollar: Tural Məmmədzadə, pen- 78. - Mirabbas Mirbabayev, 20. Tahir Zeynalov, 56. Hüseyn Abdullayev, 68.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
“Ağstafa Gəncləri” – “Hypers” 0:2
Qollar: Ceyhun Rəcəbli, 24. Asim Babazadə, 90+4.
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Ağstafa şəhər stadionu.
“Şirvan” – “Qaradağ Lökbatan” 0:1
Qol: Sabir Allahquliyev, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Məmmədov, Hüseyn Vəliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
