Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə
    23.11.2026 12:20:42

    “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə səfərdə “Kəpəz”lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra jurnalistlərin suallarını cavablayıb.

    Uzunmüddətli zədədən sonra meydana qayıdan təcrübəli müdafiəçi Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə əvvəlcə oyunu dəyərləndirib:

    – Gəncə səfərinin çətin olacağını bilirdik. Topladıqları xallar və keçirdikləri oyunlarla yaxşı komanda olduqlarını göstəriblər. Bütün həftə ərzində bu qarşılaşmaya hazırlaşmışdıq. Təəssüf ki, istəyimizə nail ola bilmədik. Əlavə olaraq, stadiondakı ab-hava və azarkeş dəstəyi haqqında da danışmaq istərdim. Möhtəşəm azarkeş dəstəyi var idi. Bizim üçün bu arenada oynamaq çox xoş idi. Oyuna gəlincə, təəssüf ki, qol vura bilmədik.

    – Artıq 4 oyundur qol vura bilmirsiniz. Bunun səbəbi nədir?

    – Bəli, dörd oyundur qol vura bilmirik. Bunun səbəblərindən biri rəqib komandaların bizə qarşı hazırlığıdır. Topa sahib olduğumuz zaman demək olar ki, bütün komanda ilə müdafiə olunurlar və bizim üçün çox az boşluq yaradırlar. Bunu qeyd edə bilərəm. Bütün həftə ərzində qol epizodları üzərində də çalışmışdıq. Təəssüf ki, alınmadı.

    – Xal itkiləri çempionluğu təhlükəyə atır…

    – Bəli, bunun fərqindəyik. Komanda olaraq vəziyyəti anlayırıq və dediyim kimi, bu mənfi tendensiyanı aradan qaldırmaq üçün çox çalışırıq.

    – Zədədən sonra ilk dəfə start heyətində meydana çıxdın. Özünü necə hiss edirsən?

    – Əlbəttə, uzun müddətdən sonra meydana qayıtmaq xoşdur. Çox uzun proses oldu, təxminən 9 aydan artıq vaxt keçdi. Meydanlara qayıtdığım üçün çox şadam. Hələ qarşıda həm komanda olaraq, həm də şəxsən mənim üçün qət etməli olduğumuz uzun yol var.

    – “Sumqayıt”la oyun bu uğursuz seriyaya son qoymaq üçün yaxşı fürsətdir?

    – Dediyim kimi, artıq bütün komandalar yaxşı çıxış edir və yaxşı müdafiə oluna bilirlər. Oyunun necə keçəcəyini indidən deyə bilmərəm, amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

    – Sanki komandanı toparlayacaq bir liderin yoxluğu hiss olunur. Bu gün də boş qapıdan topu çıxardığın epizodda və oyunun müəyyən anlarında komandanı irəli aparmağa, liderlik etməyə çalışdığın görünürdü. Bu xüsusiyyətin növbəti oyunlarda komandaya müsbət təsir göstərə bilərmi?

    – Ümid edirəm ki, göstərəcək. Amma bu, təkcə məndən asılı olan məsələ deyil. Komanda oynayır və 11 futbolçunun hamısı qol vurmaq, qələbə qazanmaq istəməlidir. İnanıram ki, komandadakı 11 nəfərin hər biri bunu istəyir. Sadəcə, hazırda mənfi seriyadayıq və ümid edirəm ki, ən qısa zamanda bu vəziyyətdən çıxacağıq.

    – Komandadan ayrılan futbolçulardan daha çox kimin yoxluğunu hiss edirsən?

    – Hamısının yoxluğu hiss olunur. Çünki uzun müddət birlikdə oynamışdıq və artıq hər kəs bir-birini çox yaxşı başa düşürdü. İndi yeni komandayıq və buna görə hələ də müəyyən çətinliklər yaşayırıq. Ümid edirəm ki, qısa zamanda bu problemləri də aradan qaldıracağıq.

    – Baş məşqçi bu mövsüm çempionatın səviyyəsini və rəqibləri xüsusi vurğuladı. Sənin bu liqa, mövsüm və rəqiblər barədə düşüncələrin necədir?

    – Çempionatı izlədikdə kifayət qədər sürpriz nəticələrin qeydə alındığını görürük. Bu da onu göstərir ki, artıq komandalar bir-birinə qarşı əvvəlki kimi asanlıqla qələbə qazana bilmirlər. Bütün komandaların gücləndiyini deyə bilərik. Çempionat daha maraqlı və çətin olub.

    – Bir də qapı xəttindən topu çıxardığınız epizod barədə soruşmaq istərdik. Qurban Qurbanov deyir ki, Bəhlul bunu ən yaxşı bacaran futbolçulardandır…

    – Bəli, bu cür epizodları uşaqlıqdan çox sevirəm. Məşqlərdə də davamlı olaraq belə vəziyyətlər yaranır və topları çıxarıram. Ona görə də deyə bilərəm ki, həmin epizodda o qədər də çətinlik çəkmədim.

    – Bugünkü azarkeş atmosferini necə dəyərləndirirsiniz?

    – Möhtəşəm idi. Çoxdandır çempionatda belə atmosferi xatırlamıram. Əlbəttə, Tofiq Bəhramov adına Respublika Stadionunda da oynamışıq. Orada da “Sabah” və “Neftçi” ilə oyunlarda kifayət qədər azarkeş olurdu. Amma stadionun ümumi tutumunu nəzərə alsaq, təxminən üçdə biri dolurdu. Burada isə tribunalar daha yaxın olduğu üçün tam dolu stadionda oynadıq. Atmosfer möhtəşəm idi. Ümid edirəm ki, bundan sonra da daha çox belə atmosferlərdə oynayacağıq.

    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Futbol

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42
    Futbol

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17
    Futbol

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05
    Futbol

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01
    Müsahibə

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved