UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı bəlli olub.
Prosport.Az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hansi Flikin oyundan əvvəl mətbuat konfransı noyabrın 24-də saat 19:15-də, media üçün açıq məşq saat 20:00-da start götürəcək.
"Sabah"ın çalışdırıcısı Valdas Dambrauskasın mətbuat konfransı eyni gün saat 18:00-da, açıq məşq isə saat 18:30-da başlayacaq.
Hər iki tədbir Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
