"Sumqayıt" klubu futbolçusu Masaki Murata ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, 2023/2024 mövsümündə "Sumqayıt"da çıxış edən yaponiyalı oyunçu 2025-ci ildə komandaya qayıtmışdı.
