Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli
    9.10.2026 15:42:46

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan idmançısı Ömər Rəcəblinin atasının əmisi, veteranlar arasında 12 dəfə dünya və 10 dəfə Avropa çempionu, tanınmış cüdoçu Fərhad Rəcəbli Prosport.Az-a müsahibə verib.

    – Fərhad müəllim, Ömər Rəcəblinin dünya çempionatındakı çıxışı barədə fikirlərinizi bilmək istərdik...
    – Ömər artıq neçə il idi ki, gənclər yığmasında yüksək nəticələr göstərirdi. O, gənclər və 23 yaşadək cüdoçular arasında Avropa birinciliklərində gümüş və bürünc medallar qazanmışdı. Yəni onun bu uğuru təsadüfi deyil, addım-addım medala doğru gəlirdi. Nəzərə alsaq ki, bu, onun böyüklər arasında ilk dünya çempionatı idi və elə debütündəcə medal qazandı. Hesab edirəm ki, işlərimiz düzgün istiqamətdə gedir. Əlbəttə, Ömər özü birinci yeri tutmaq istəyirdi, amma ilk dəfə üçün üçüncülük də pis nəticə deyil.

    – Sizcə, çempionluq, qızıl medal qazanmaq üçün nə çatmadı?
    – Bildiyiniz kimi, bu çəki dərəcəsində çox güclü rəqabət var idi. Məsələn, yaponiyalı cüdoçu Yuhei Oino ilk mərhələdə Cənubi Koreya təmsilçisi Conhuan Liyə uduzaraq mükafatçılar sırasından kənarda qaldı. Dəfələrlə dünya çempionu və Olimpiya mükafatçısı olan belçikalı Matias Kasse kimi təcrübəli idmançılar da medal qazana bilmədilər. Zaman dəyişir, gənclər tədricən təcrübəli idmançıları sıxışdırıb önə keçirlər. Bu baxımdan Ömərin göstərdiyi nəticə çox uğurludur.
    Çatışmayan məqama gəlincə, bu, sırf fiziki və texniki amillərlə bağlıdır. İdmanda elə cüdoçular var ki, tutma (kumikata) texnikasında Ömərdən üstündürlər. Ömər digər üstün keyfiyyətlərindən istifadə edərək belə rəqiblərinə qalib gələ bilsə də, kumikatada kim üstünlük qazanırsa, onun üstünlüyü dərhal hiss olunur. Ömər məhz istədiyi tutmaları qabaqlayıb götürə bilsəydi, nəticə daha da yüksək olar, daha yüksək əyarlı medal qazanardı. Şubhəsiz ki, gələcəkdə məşqlərdə bu cəhətin üzərində xüsusi işləniləcək.

    – Bu gün mübarizəyə qoşulan Olimpiya çempionu Zelim Kotsoyevin 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana məğlub olaraq yarışla erkən vidalaşmasını necə dəyərləndirirsiniz? Məğlubiyyətin əsas səbəbi nə oldu?
    – Həm Hidayət Heydərov, həm də Zelim Kotsoyev artıq idmanın ən yüksək zirvələrini fəth etmiş idmançılardır. Bu zirvəni ikinci dəfə fəth etmək hər idmançının işi deyil. Azərbaycan cüdo tarixində hələ iki dəfə Olimpiya çempionu olan idmançı olmayıb. Titulu bir dəfə qazanmaq çətindirsə, onu qorumaq və ya ikinci dəfə təkrar etmək daha çətindir. Digər tərəfdən, Zelim bundan əvvəl də Adamyana uduzmuşdu. Burada psixoloji amil də rol oynayır. Mən özüm də hələ də yarışlarda çıxış edən idmançı kimi bilirəm ki, bəzən elə rəqib olur ki, onunla güləşin tutmur. Sən ondan güclü olsan da, onu məğlub edə bilmirsən.

    – Yəni, psixoloji amil burada əsas rol oynadı...
    – Bəli, zənnimcə, əsas səbəb psixoloji amillə bağlı idi. Çünki Zelim yarışa çox yaxşı hazırlaşmışdı. Amma bu idmandır, hər dəfə qalib gəlmək mümkün olmur, tatamiyə çıxan iki nəfərdən biri qalib gəlməlidir.

    Cavid Əliyev

    Müsahibə

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18
    Cüdo

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24
    Cüdo

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    Cüdo

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12
    Cüdo

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz əvvəl Bakı, sonra Malta səfəri

    9.10.2026 16:37:19

    Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

    9.10.2026 16:17:20

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved