Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.
Bu, Azərbaycan cüdoçularının turnirdəki 3-cü medalı olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.
