Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin 3 üzvü mübarizəni başa vurub.
Prosport.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Mehdi Abbasov 1/8 finalda rusiyalı Yaroslav Bunakova, eyni çəkidə yarışan Cəsur İbadlı isə 1/16 finalda Tacikistan təmsilçisi Amincon Abducalilzodaya məğlub olub.
63 kq çəki dərəcəsində mübarizə aparan Hanna Zaytseva da 1/8 finalda Fransa cüdoçusu Manon Aqati-Aluaşa uduzub.
Beləliklə, hər üç cüdoçumuz dünya çempionatında çıxışını başa vurub.
Xatırladaq ki, Azərbaycan ilk yarış gününü 1 bürünc medalla başa vurub. Məhəmməd Musayev 66 kq çəki dərəcəsində 3-cü olub, Xədicə Qədəşova isə 57 kq-da 5-ci yeri tutub.
