Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər cüdoçular arasında dünya çempionatında Azərbaycan millisinin 2 üzvü medal uğrunda mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov finalda Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə qarşılaşacaq.
100 kq-da yarışan Davud Namazlı isə təsəlliverici görüşdə Fransa cüdoçusu Qaya Sonntaqa ipponla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Qeyd edək ki, final bloku saat 16:00-da başlayacaq.
