Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pri turnirində zədə alan Azərbaycan cüdoçusu Uşanqi Kokaurinin durumuna aydınlıq gəlib.
Cüdo Federasiyasından Prosport.Az-a verilən məlumata görə, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 ay müalicə alacaq.
Ona görə də idmançı dekabrda Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Masters turnirində iştirak edə bilməyəcək.
Xatırladaq ki, Uşanqi Kokauri Qran-pri turnirinin yarımfinalında zədələndiyi üçün bürünc medal görüşünə çıxmayıb və yarışı 5-ci pillədə tamamlayıb
