Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu
    12.10.2026 17:44:31

    Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilmiş dünya çempionatının yekunları ilə bağlı mətbuat konfransı keçirib.

    Prosport.Az-ın xəbərinə görə, Rəşad Rəsullu əvvəlcə dünya çempionatı ilə bağlı fikirlərini bildirib:

    – Unudulmaz dünya çempionatı arxada qaldı. Ölkə başçısı İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Onun Əhməd Yusifovu qəbul etməsi və dünya çempionatına baxmağa gəlməsi bizi sevindirdi. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə, gənclər və idman naziri Fərid Qayıbova və sponsorlara da bu yarışın təşkilində verdiyi dəstəyə görə təşəkkür edirəm. Sözsüz ki, ən böyük təşəkkür əzmkar çıxış edən idmançılarımıza düşür. Azarkeşlərə, könüllülərə və media nümayəndələrinə federasiya adından təşəkkür edirəm. Bir sıra rekordlara imza atdıq. 7 çəkidən 5-də medal qazanmışıq. Bu idmançılardan 5-i ilk dəfə böyüklərin dünya çempionatında medal qazanıb. 2021-ci ilin noyabrında əsas məqsədimiz rəqabət yaratmaq idi. Hesab edirəm ki, kişi idmançılarda buna nail olmuşuq. Bununla işimizi bitmiş hesab etmirik. Sözsüz ki, qarşıda da bizi yarışlar gözləyir. Ancaq əsas fokusumuz Los Ancelesdə keçiriləcək Olimpiya Oyunları olacaq. Dünya çempionatındakı nəticələr göstərdi ki, biz düzgün istiqamətdəyik. Bilirəm ki, qadın idmançılardan gözləntilər çoxdur. Lakin mən onlarda da inkişafı görürəm. Artıq onlar ilk görüşdən uduzmur. Avstriyanı 4:0 məğlub etdiyimiz görüşdə qadınlar da qalib gəldi. Qadınlarda rəqabətin artırılması baxımından işlərimizi davam etdirəcəyik.

    – Hidayət Heydərov hansı çəkidə yoluna davam edəcək?
    – Bu gün onunla baş məşqçi Riçard Trautmanla birgə söhbət etmişik. O özü 73 və ya 81 kq-da çıxış etməsinə dair qərar verəcək.

    – Hakim idarəçiliyindən yenə narazı qalmaq olardı. Buna nə əncam çəkməyi düşünürsünüz?
    – Bu dünya çempionatında hakimlər özlərini göstərməyə çalışırdı ki, biz ev sahibi olduğu üçün Azərbaycana kömək etmirik. Bunu cidd-cəhdlə edirdilər. Amma həmişə deyirik ki, hakimlərə şans vermək olmaz ki, sizi sındırsınlar. Olimpiya çempionumuz Elnur Məmmədli hakimlər ipponu saymayanda, 2-ci dəfə bunu etməyə çalışırdı.

    – Məni 60 kq çəki dərəcəsində Əhməd Yusifovun qızıl medalından çox, +100 kq çəki dərəcəsində rəqabətin olması və orada yerli idmançının mükafat qazanması daha çox sevindirir. Kənan Nəsibov həm də bu ayın axırında Neapolda U-23-lərin Avropa çempionatında 2-ci dəfə qızıl medal qazanmağa çalışacaq. Sizcə, yorğunluğu buna imkan verəcək? 
    – Birincisi, bu idmançılar bizim yetirmələrimizdir. Onlar nə Rusiyadan, nə Gürcüstandan gəlməyib. Bunu əvvəl də demişəm. Səid Mollayini, İrina Kindzerskayanı legioner saymaq olar. Çünki onlar bizə hazır gəlmişdi. Yeni heyətimizə qatdığımız Anna Zaytseva da nəticə versə, bizim nəticəmiz kimi sayılacaq. Bu söhbətlər onların özünə də toxunur. O ki qaldı Kənana, özü deyibsə, çempion olacağına inanıram. Açığı, Avropa çempionatında heyətə baxmamışam.

    – 6-cı dan kəmər sertifikatları alanlar arasında İrina Kindzerskaya da vardı. O özü milliyə qayıdıb, Olimpiadada çıxış etmək istədiyini bildirib. Bu barədə sizinlə söhbət olub?
    – İrina Kindzerskayanı biz Bakıya dəvət etmişdik. Onun müsahibəsi ilə tanışam. Sonuncu yarışı 2021-ci ilin avqustunda olub. Əgər doğrudan da onun niyyəti ciddidirsə, özü ilə söhbət edərik. Xatirimdə elə bir adam yoxdur ki, 5 il fasilə verib, sonra nəticə versin. Ancaq özünü hazır sayırsa, niyə də yox?! Özü hazır olsa, bunu performans direktoru Riçard Trautmanla və qadınlar üzrə baş məşqçi olan Əminə Abdellətiflə müzakirə etmək olar.

    – Uğurlu nəticədən sonra sponsor cəlb edilməsi mümkün olacaq?
    – Sponsor cəlb edilməsi üçün çalışacağıq. Bunun üçün "Bədən tərbiyəsi və idman" haqqında qanunda dəyişiklik gözlənilir. Mən özüm də Milli Məclisin İdman Komitəsinin iclasında iştirak etmişəm. Burada sistem məsələsidir. Qanunda müəyyən idmana sponsorluq etmək istəyən şirkətlər barəsində güzəştlər nəzərdə tutulmalıdır. Bu nəticələrdən sonra yeni sponsorların cəlb edilməsi bizim marketinq komandasının öhdəsinə düşəcək.

    – Hidayət Heydərov və Zelim Kotsoyev son dəfə olimpiya çempionu olduqdan sonra medal qazana bilməyib. Bu zəif nəticələrə nə deyə bilərsiniz?
    – Hidayət bu il sonuncu dəfə Avropa 2-cisi olub. Zelim də Olimpiadadan sonra ötən il Avropa çempionatında gümüş medal qazanıb. Sual verirəm. Laşa Bekaurinin olimpiya çempionu olduqdan sonra hansı nəticəsi var? Amma bir nəfər onun haqda pis fikir yazmır. Bizdə isə hamı uduzan idmançıları "baltalayır". Biz qızıl medal istəyirik. Ancaq hər şey qızıl medalla ölçülmür. Bizim üçün Avropa 2-ciliyi də yaxşı nəticədir.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved