Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    "O, komandaya artıq çəki ilə gəlmişdi, ancaq xarakter göstərdi" – "Qarabağ"ın baş məşqçisi
    27.03.2024 20:07:46

    "Qarabağ"ın 14 yaşadək komandası (U-14) Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" ("Naşe buduşşee") turnirinin qalibi olmağı bacardı. 

    Prosport.Az-ın əməkdaşı turniri canlı izləyənlərdən olub. Saytımızın U-14 komandasının bu uğurunda pay sahibi olan baş məşqçisi Asif Əlizadədən götürdüyü müsahibəni təqdim edirik.

    – Turnirdə çempionluq haqda ilkin təəssüratlar necədir?
    – Öncə "Qarabağ" klubunun rəhbərliyinə belə bir turnirdə iştirak etmək üçün şans verdikləri üçün təşəkkürümü bildirirəm. Həqiqətən Aftandil Hacıyevin təyinatından sonra klub Akademiyasında böyük irəliləyiş var. Turnirə gəlincə, bu komanda ilk dəfə ölkə xaricində bir yarışda iştirak edirdi. Düşdüyümüz qrup güclü idi. Pley-offlarda da yaxşı çıxış etdik. Uşaqlar həqiqətən xarakter göstərdilər. Bu qələbədə Akademiyamızın bütün işçiləri – məşqçiləri, həkimləri, inzibatçıları, kameranına kimi hamının əziyyəti var. Bu qələbə kollektiv işin nəticəsidir. İnşallah, bundan sonra da komandamız xarici turnirlərdə iştirak edəcək. Belə turnirlərdə iştirakla komanda daha tez böyüyəcək.

    – Qrupda ilk turda Rusiyanın "Lavina" klubunu 6:0 hesabı ilə darmadağın etdiniz. Bundan sonrakı matçlara uşaqları psixoloji cəhətdən hazırlamaq çətin olmadı ki? Nəzərə alaq ki, bu futbolçular peşəkar deyillər, 13-14 yaşları var...
    – Deməzdim ki, "Lavina" zəif komanda idi. Sonradan qrupda onların oyununa baxdıqda göründü ki, yaxşı komandadır. Bizdən fərqli olaraq, bu komandalar belə turnirlərdə əvvəl iştirak etmişdi deyə, onların təcrübəsi bizimkindən çox idi. Sadəcə, ilk oyunda Bakıda işlədiyimiz məşqlər bəhrəsini verdi və qol vəziyyətlərindən yararlandıq (Qeyd: Bu komanda Minskdə bircə məşq keçməmiş oyuna çıxmışdı – red.). Qolları da tez bir zamanda vurduq. Uşaqlar çox istəkli idi. Bu istək sayəsində böyük hesablı qələbə qazandıq.

    – Yaxşı sualı dəyişim. Qrupda BATE-yə uduzduqdan sonra uşaqlardan ağlayan, pis olanlar vardı. Onları toparlamağı necə bacardınız?
    – Sözün düzü, 1 il idi ki, oyun uduzmurduq (bu komanda "Sabah"la bərabər, paytaxt zonasında uduzmayan 2 komandadan biridir – red.). Özümə də maraqlı idi ki, oyun uduzsaq, uşaqlar hansı reaksiyanı verəcək. Cari mövsüm ilk məğlubiyyətləri BATE-dən oldu. Uşaqları toparlamaq bir az çətin oldu, onlarla ayrı-ayrılıqda söhbət etdik. Bəlkə də belə olmağı yaxşı imiş. BATE-yə həmin oyunda qalib gəlsəydilər, bəlkə də daha rahat olacaqdılar və finala da çıxa bilməyəcəkdik. Uduzmağımız komandaya bir dərs oldu və bu da toparlanmağımıza kömək etdi.

    – 2 oyunçunuzun turnirin ən yaxşı seçilməsi barədə nə deyə bilərsiniz?
    – Daniil Rəcəbovu ilk dəfə komandaya götürəndə problemləri çox idi. Topla rəftarı yaxşı deyildi, qapıya çox düşə bilmirdi. Sevindirici haldır ki, Minskdə bombardir oldu və buna görə fərdi nominasiyada mükafatlandırıldı. Bu da onun irəliləyişini göstərir. Turnirin ən yaxşı oyunçusu seçilən Cavidan Əlizadə isə "Qarabağ"a artıq çəki ilə gəlmişdi. Ona demişdik ki, arıqlamasan, sənə oynamaq şansı verməyimiz çətin olacaq. O da xarakter göstərdi, arıqladı, öz üzərində çox işlədi. Bu da sevindirici haldır. Ancaq bununla da arxayınlaşmaq olmaz. Hər ikisi öz üzərində yenə işləyib çatışmayan cəhətlərini aradan qaldırmalıdır.

    – Bu turnirin qalibi olsanız da, müəyyən çatışmazlıqların olmaması mümkün deyil. Bunlar hansı çatışmazlıqlardır ki, onların üzərində işləyəcəksiniz?
    – Rəqib komandalar individual mübarizələrdə daha aqressiv, daha istəkli idi. Bizdə isə taktiki cəhətdən komanda pis olmasa da, texniki cəhətdən problemlərimiz var. Top qəbulu, ötürmələrin sürəti, meydanda toplu-topsuz açılmalarda problemlərimiz qalmaqdadır. Mən bu komandanı yayda götürmüşəm. Bu problemləri zaman-zaman düzəldəcəyik. Bunun üçün də müəyyən vaxt lazımdır. Burada futbolçular tək bizim məşqlərimizlə kifayətlənməməli, fərdi şəkildə də öz üzərlərində işləməlidir.

    – Bildiyim qədəri ilə bu turnirə "Qarabağ"ın U-15 komandasının 2010 təvəllüdlü 3 futbolçusu – qapıçı Bilal Hacıyev, müdafiəçi Uğur Qurbanlı və pleymeyker Əli Bəşirovun da bu turnirdə U-14 adından çıxış etməsi nəzərdə tutulmuşdu...
    – Onlar artıq ötən ay bu turnirdə U-15 ilə iştirak etmişdilər. Fikirləşdik ki, bu komandadakı uşaqların haqqına girməyək. Çünki bizə nəticədən daha çox, uşaqların beynəlxalq oyun praktikası qazanıb inkişaf etməsi lazım idi. Ona görə də bu turnirdə iştirak etməyən uşaqları Minskə aparmışdıq.

    – U-13 komandası Minskdə turnirdə iştirak edəndə, bir neçə valideyn də ora övladlarının oyununu izləməyə getmişdi. Ancaq sizin komandada yalnız qapıçı Oqtay Mehrəliyevin valideynini Minskdə gördük. Halbuki Rusiya komandalarında oynayan uşaqların çox sayda valideynlərini komandanın qaldığı hoteldə görmək mümkün idi...
    – Rusiyadan Belarusa gəlmək maddi cəhətdən daha asan başa gəlir. Azərbaycanlı valideynlər Minskə gəlməsə də, ürəkləri bizimlə idi. Oyun bitən kimi dərhal "vatsapp"da təbriklərini yazırdılar. Onlara da buradan "çox sağ ol" deyirəm ki, uşaqlarını belə yaxından izləyirlər, övladlarına dəstək olurlar.

    – Sonda özünüz haqda da soruşacağam. Bilirəm ki, 31 yaşınız var. Özünüz haqda məlumat verin. Futbolçu karyeranız olubmu, "Qarabağ"a gəlişiniz necə olub?
    – 1993-cü ildə Şəmkirin Kür qəsəbəsində anadan olmuşam. 7 yaşım olanda Bakıya köçmüşük. "Neftçi" İSM-də futbola yazılmışam. Daha sonra "İnter"ə keçmişəm. Oradan isə "Qarabağ"ın əvəzedici komandasında oynamağa başlamışam. Onda komanda I Liqada çıxış edirdi. Sağ cinah müdafiəçisi idim. 21-22 yaşım vardı. Gördüm ki, futbol istədiyim kimi alınmır, karyeramı bitirdim. Sağ olsun, "Qarabağ" rəhbərliyi məşqçi kimi klubda işləməyimə şərait yaratdı. Təxminən 10 ildir ki, məşqçi işləyirəm. Hazırda A lisenziyalı məşqçiyəm.

    Səbuhi Musa

    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futzal

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Özəl xəbər

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Top oyunları

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Özəl xəbər

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved