“Qəbələ” kapitanı Murad Musayevlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan futbolçu 2012-2013-cü illər mövsümündə "qırmızı-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.
Musayev “Qəbələ”nin heyətində ölkə çempionatında və kubokunda 173 oyunda meydana çıxıb, 4 qol vurub.
O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

