"Karvan-Yevlax" 2 futbolçusu ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, Kayl Spens və Pedro Mateuşla yollar ayrılıb.
Oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Yarımmüdafiəçi Spens son mövsümdə komandanın heyətində 34 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Qapıçı Mateuş isə 20 matçda forma geyinib.
Qeyd edək ki, "Karvan-Yevlax" Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya yuvarlanıb.

