Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova
    24.05.2026 00:02:11

    Azərbaycan karate millisinin üzvü Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

    55 kq çəki dərəcəsində mübarizə aparan Mədinə finalda türkiyəli rəqibini məğlub edərək Avropa çempionatlarında qızıl medal qazanan ilk azərbaycanlı (legioner olmayan) qadın karateçi kimi tarixə düşüb.

    Mükafatlandırılmadan sonra Mədinə Sadıqova ProSport.Az-ın Almaniyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

    – Döyüşlə bağlı təəssüratların necədir? Özünüzdən qızıl medal gözləyirdinizmi?
    – Açığı, bura çox çətinliklərlə gəlib çıxmışam. Qrupum da çox çətin idi. Son dünya çempionatının finalçıları və Premyer Liqaların çempionları ilə qarşılaşdım. Bir az tərəddüdüm var idi ki, finala çıxacağam, ya çıxa bilməyəcəyəm. Amma müəllimlərimin dəstəyi ilə bunu bacardım.

    Başda öz müəllimlərim Seymur və Şahin Xudaverdiyevlər olmaqla, mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamı mənə inanırdı, dəstək olurdu ki, sən tarix yazmağı bacaracaqsan. Qeyd edim ki, mən son dünya çempionatında 4 döyüş qalib gəldim. Sadəcə finala 2 addım qalmış məğlub oldum. Bu mənə görə çox böyük məğlubiyyət idi. Bunun acısını ancaq Avropa çempionatının qızıl medalı ilə çıxara bilərdim...

    Özüm də inana bilmirəm. Neçə ildən sonra Avropa çempionuyam. Tarix yazdım. Başda öz müəllimim Seymur Xudaverdiyev olmaqla, yığma komandanın baş məşqçisi Şahin Atamov, Rəhman Hətəmov və Azərbaycan Karate Federasiyasına təşəkkür edirəm. Bu təkcə mənim uğurum deyil, bütün Azərbaycanın uğurudur.

    Mən həmçinin bütün qızlarımızdan, qadınlarımızdan qızıl medal gözləyirəm, hətta istəyirəm. Yarımfinala çıxanda komandam üçün əlimdən gələni etdim. Təəssüflər olsun ki, yarımfinalda fransızlara məğlub olduq. Sabah Ukrayna millisi ilə bürünc medal uğrunda mübarizə aparacağıq. İzləyənlər bilir ki, bizi fransızlara qarşı inanılmaz dərəcədə sıxdılar. Amma bu, bəhanə deyil. İnşallah ki, qadınlardan ibarət milli komandamız olaraq bürünc medalı qazanacağıq. Daha bir tarix yazacağıq. Hər kəsə təşəkkür edirəm, sizi öpürəm.

    – Medalı kimə həsr edirsiniz? Siz həm də şəhid qızısınız...
    – Məni yenə ağlatmağı bacardınız (ağlayır)... Mən həmişə böyüklərin yarışlarında 2-3-cü yer tutmuşam. Heç vaxt 1-ciliyim olmayıb. Həmişə istəmişəm ki, qızıl medalım olsun və bu medalı atama həsr edim. Mən bir şəhid qızıyam və medalımı atama həsr edirəm.

    Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir. Sənin adını Avropa arenalarına daşıyır. Sənin uğruna can verdiyin bayrağı Avropada qaldırır, himnini səsləndirir.

    Səbuhi Musa

    Frankfurt

    Döyüş növləri

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Karate

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58
    Döyüş növləri

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    MMA

    Azərbaycanlı MMA döyüşçüsü "A1 Combat"da ilk qələbəsini qazandı

    17.10.2026 11:43:33
    Döyüş növləri

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48
    Döyüş növləri

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved