"Qarabağ"ın futbolçusu Marko Yankoviç Ağdam klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Prosport.Az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin vijesti.me portalına açıqlamasında "Qarabağ"la 1 illik müqaviləsinin qaldığını xatırladıb:
"Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə 1 il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəyəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik".
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən 30 yaşlı futbolçunun klubla 2027-ci ilin iyununa qədər müqaviləsi var.

