Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elvin Cəfərquliyev özünə yeni klub tapmalıdır" - Ayxan Abbasov
    4.06.2026 21:05:44

    Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun Maltaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirilib/

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

    – Millətlər Liqasından öncə son toplanışımızdır. Ağır çempionatın bitməsindən sonra çempionatın belə istəkli, inamlı olması bizi sevindirdi. 2 yoldaşlıq görüşümüz var: Malta və San Marino. Bütün futbolçuları görmək istəyirik. Arzumuz yaxşı nəticə və oyundur. Məşqlər bizə bu inamı verir. Futbolçular çox istəklidir, inanıram ki, hər kəs başa düşür ki, iki oyunda da qələbə lazımdır. Buna baxmayaraq, oyunçulardan rahat olmalarını da istəyəcəyəm. Bütün futbolçulara şans verməyə çalışacağıq. Sabah maraqlı oyun olacağını düşünürəm.

    – Rəqiblər Malta və San Marinodur. Belə komandaların seçilməsinin səbəbi nədir?
    – İstədik ki, oyunlarımız Macarıstanda olsun. Bir çox komanda bura gəlməkdən imtina etdi. Bəziləri bizimlə öz meydanlarında oynamaq istədi. Bu məsələdə isə yol yorğunluğu amilini düşündük. Malta C Liqasındadır, San Marino isə D Liqasında. Millətlər Liqasında rəqiblərimizlə eyni güclərdə olan komandalarla oynamaq istədik. Malta bir neçə gün əvvəl Slovakiyaya qarşı yoldaşlıq oyununda gücünü göstərdi. Biz də bu oyunları Millətlər Liqasına hazırlıq kimi düşündük.

    – 11 ilə yaxındır Maltanı məğlub edə bilmirik. Rəqib də 7-8 aydır, qələbə qazanmır. Sabah millidən müsbət nəticə gözləmək olar?
    – Son oyunlarda Malta ilə statistika yaxşı deyil, sanki tərs rəqibdir. Amma bu matçlarda qələbə qazanmaq istəyirik. Onlar da bu niyyətlə meydana çıxacaqlar. Malta da futbolçularını sınaqdan keçirmək arzusundadır. İnanıram ki, maraqlı və sürətli oyun olacaq.

    – Məşqçilər yoldaşlıq oyunlarında nəticəyə çox önəm vermir. Bəs sizin üçün necədir?
    – Yoldaşlıq görüşlərinə fərqli yanaşırıq. Məsələn, rəsmi matçlarda çox əvəzetmə edilmir. Amma yoxlama oyununda risklər alınır. Futbol elədir ki, nə oyunu olur-olsun, qələbə istəyirsən. Sabah həm nəticə, həm oyun baxımından yaxşısını istəyirik. Daha əvvəl ancaq rəsmi matçlar ərəfəsində komanda toplaşırdı. Vaxt azlığından çox dəyişiklik etmək olmurdu. Sabah nəticəni 2-ci planda düşünmək olar.

    – Heyəti deyə bilərsiniz?
    – 2 oyunda fərqli “11-lik” olacaq. 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Sabah Emil Balayev qapıda olacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, cinahlarda Qismət Alıyev, Elvin Cəfərquliyev, orta xətdə Aleksey İsayev, Emil Səfərov, hücum xəttində Toral Bayramov, Xəyal Əliyev və Mahir Emreli ilə çıxış edəcəyik. Yenilik olsun deyə, heyəti dedik. 2-ci matçda fərqli “11-lik”lə meydana çıxacağıq.

    – Elvin Cəfərquliyevlə hansısa söhbətiniz olub?
    – Elvinlə danışmışıq. Onun istəyini görürük, bəlkə də böyük oyunlar üçün darıxıb. Belə matçlar onun üçün təkan olacaq. Elvin özünə yeni klub tapmalıdır. İnanıram ki, sentyabra qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcək. Klubla arasında olan söhbətlərə çox qarışa bilmirik. İnanıram ki, klubu da Elvinin gələcəyini düşünəcək və şərait yaradacaq. O, Azərbaycan üçün vacib oyunçudur.

    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Futbol

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Futbol

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33
    Futbol

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    Futbol

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved