“Ayın qolu” layihəsində may ayının ən yaxşı qol müəllifləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
Münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən, Misli Premyer Liqasında Xəyal Əliyev, 1-ci Liqada Elmin Bayramov, 2-ci Liqada isə Taleh Hüseynzadə may ayının qalibi seçilib.
Beləliklə, hər üç futbolçu vurduqları qollarla həm azarkeşlərin, həm də münsiflər heyətinin rəğbətini qazanaraq mükafata layiq görülüblər.

