Azərbaycan millisinin Malta ilə oyunda start heyəti müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandası sabah yoldaşlıq görüşündə Malta yığması ilə qarşılaşacaq.
Komandamız oyuna 5-2-3 (və ya 5-2-2-1) taktiki sxemi ilə başlayacaq. Bunu baş məşqçi Ayxan Abbasov mətbuat konfransında açıqlayıb.
Millimizin start heyəti belədir:
Emil Balayev – Anton Krivotsyuk, Bədəvi Hüseynov, Elvin Bədəlov, Qismət Alıyev, Elvin Cəfərquliyev – Aleksey İsayev, Emil Səfərov – Mahir Emreli, Toral Bayramov, Xəyal Əliyev.
Qeyd edək ki, Macarıstanda keçiriləcək qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

